Deyəsən Prezident İlham Əliyevin hakim komandada təmsil olunan məmurlara və icra hakimlərinə qarşı sərt xəbərdarlıqı Vaqif Həsənova çatmayıb.
Ağdam rayon icra başçısı Vaqif Həsənovun Xəzər rayon icra başçısının müavini işlədiyi dövrdə rüşvət alması ilə bağlı “youtube” sosial şəbəkəsində səs yazısı ilə bağlı məsələni mütləq ciddi şəkildə Ali Hakimiyət və hüquq muhafizə orqanları nəzarətə götürərək araşdırmalara başlamalıdı: Yoxsa kasıb vətəndaşların çoxu bu qan içən şəxslərin toruna düşə bilər. Həmin şəxslər Xəzər rayonu Binə qəsəbə icra numayəndəliyində mühəndis işləyən Həmzə Mustafayev, Ağdam Rayon İcra Başçısı Vaqif Həsənovdur. Bu saxtakar qruplaşma (Vaqif Həsənov, Həmzə Mustafayev) ,,peşəkarlıqla,, işlədiklərini zənn edərək, Xəzər rayonu Binə qəsəbə sakinlərinə əzab əziyyət verməkdən başqa heç birşey bilmirlər.
Bu günlərdə yayılan səs yazısında Vaqif Həsənovun korrupsiya fəaliyyəti ilə məşgul olmasını bir başa bir daha təsdiq edir. Yəqin hər kəsə maraqlıdır ki, indi Ağdamda nələr baş verir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yəqin ki, yaxın vaxtlarda Vaqif Həsənovun fəaliyyətini hansı istiqamətdə yoxlamalı olacağını konkret şəkildə müəyyənləşdirəcək. Belə ki, İcra Başçısı Vaqif Həsənovdan şikayətçi olan vətəndaşlar tərəfindən saytımıza olunan müraciyət barədə bu və digər əldə etdiyimiz korrupsiya faktlarını, həmin korrupsiya faktlarını təsdiq edən səs yazılarını yaxın günlərdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək.
Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənova aid olan səs yazısının “Youtube” sosial şəbəkəsində (https://youtu.be/k6CAXvBx9-Y) yayılması gündəmin əsas müzakirə mövzularından biridir. Bu olay ilə bağlı mediada yayılan xəbərlərdə səs yazısındakı qanuna zidd əməlin hazırda Ağdam rayon İcra Hakimiyyətinin Başçısı olan Vaqif Həsənovun Xəzər rayon icra başçısının müavini işlədiyi dövrdə baş verib. Qanunvericilyin tələbinə görə cinayət əməli haqqında mətbuatda yayılan məlumatlar cinayət işinin başlanmasına əsas verir. Çox maraqlıdır ki, səs yazısının və onunla bağlı xəbərlərin bir çox mətbuat orqanında yayılmasına baxmayaraq Ağdam Rayon İcra Başçısı Vaqif Həsənov məsələyə münasibət bildirməkdənsə, həmin yayılmış səs yazısının saytımızdan çıxarılmasını tələb edir. Hələ bu azmış kimi, Vaqif Həsənov mənim üçün bu səs yazısını yaydığıma görə ciddi tədbir görəcəyini xəbər göndərərir. Çox maraqlıdır görəsən Ağdam Rayon İcra Başçısı Vaqif Həsənova bu boyda səlahiyyətləri verən kimdir?
Vaqif muəllim “Əgər bu səs yazısında böhtan varsa, böhtançı cəzasını almalıdır, yox əgər həqiqət varsa siz qanun qarşısında cəzalandırılmalısınız. Yalnız sözlə inkar etməklə Xəzər rayonunun üzərinə düşən kölgəni, rayonun nüfuzuna dəyən zərbəni aradan qaldırmaq mümkün deyil. Buna görə də bu səs yazısında siz Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində işlədiyiniz vaxt vətəndaşa icra hakimiyyəti tərəfindən torpaq ayrılması və ev tikmək üçün icazənin verilməsi sənədi üçün əvəlcədən 5000 manat rüşvət almaqınız. Səs yazısında vətəndaş “Mersedes” markalı avtomobilini sataraq hələlik pulun 5 min manatını gətirdiyini və yerdə qalanını isə bankdan kredit götürərək gətirib verəcəyini açıq şəkildə deməyiniz. Rüşvət aldığınız vətəndaşa narahat olmamağı və ömürlük sənəd verəcəyi vədini verməyiniz barədə sizə qanunla hüquqi cavab olmalıdır.
Bu isə yayılan səs yazısının və xəbərinin həqiqətdən uzaq olmadığı qənaətini yaradır. İndi ictimaiyyət haqlı olaraq sual edir ki, prokurorluq Vaqif Həsənovla bağlı araşdırmaya başlayacaqmı?
…
Vəkil Ramiz Zeynalovun irihəcmli məqaləsindən… R.Zeynalov yazıb ki, Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda “Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli mağaza MTN-in Antiterror Mərkəzinin müavini olmuş İlqar Əliyevə Xəzər RİH başçısının müavini Vaqif Həsənov tərəfindən inşa edilib.
Bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb. Beləliklə, iki müavin birləşib MTN-çi İ.Əliyevə bina bağışlayıb.
Xəzər rayon icra başçısının müavini mətbuata tanış addır. Bir müddət əvvəl onun oğlunun saxlanması haqda xəbər yayılmışdı.
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədova məxsus “Nar” kafesində xüsusi təyinatlıların əməliyyat keçirdiyi bildirilirdi.
Yasamal rayonundakı “Şüşəli bazar”ın yaxınlığında yerləşən kafedə Aynar Məmmədovla birlikdə daha 20 nəfərə yaxın məmur övladı həbs edilib. Həbs edilənlərdən birinin də Xəzər rayonun icra başçısının müavini Vaqif Həsənovun oğlu olduğu bildirilirdi.
Amma Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov xəbərin yalan olduğunu demişdi: “Vaqif Həsənovun oğlu 4-5 aydır ki, Lənkəranda hərbi xidmətdədir”.
Mediaya istinadla xəbər veririk ki, V.Həsənovun adı iş adamını aldatmaqda da hallanıb.
Onunla 16 min manatlıq torpaq sövdələşməsində Xəzər RİH başçısına imzalatmalı olduğu sənədləri RİH-nin təsərrüfat şöbəsinin müdiri İmran Qəmbərovla razılaşdıra bilmədiyi bir qalmaqallı torpaq sahəsinin sahibi şikayət edib.
Şikayətçi Azər Talıbov: “Xəzər RİH başçısının 1-ci müavini, əvvəllər Qaradağ rayon RİH başçısının müavini işləyib. Məhz sahibkarlara, xüsusən də Qaradağdakı daş karxanaları sahiblərinə qan uddurmasına, digər korrupsiya əməllərinə görə bu rayondan uzaqlaşdırılıb.
Vaqif Həsənov indi də Xəzər rayonunda RİH başçısı Gülağa İslamovun, belə demək mümkündürsə, etibarından, üzyumşaqlığından, bəlkə də zəifliyindən sui-istifadə edərək rayonda əsil soyqırımla məşğuldur.
Onun Xəzər RİH-ə təzə gəldiyi müddətdə yalnız ticarətə xidmət edən fəaliyyəti rayon ərazisində uzun illərin zəhməti sayəsində boy atmış ağacların kəsilməsi, “soyqırımı” ilə yadda qalıb. Bu insan rayon ərazisini asassız olaraq tikinti biznesinə, torpaq satmaqla qazanc əldə etmək istəklərinə qurban edib”.
Belə əməllərdə ittiham olunan V.Həsənovun MTN vəzifəlisi İ.Əliyevə özbaşına mağaza tikib verməsi inandırıcı görünmür.
Bu məsələ rayon rəhbərliyi ilə razılaşdırılıb. Bunun səbəbi və MTN-çilərdən asılılığın sirri nədə olub, qeyri-müəyyən olaraq qalır.
Hər halda vəkil bir hüquqşünas olaraq öz məsuliyyətini bilir və yaydığı bu məlumat da ciddi informasiyaya söykənir.
Əks halda Xəzər RİH ya vəkili məhkəməyə verməliydi, ya təkzib tələb etməliydi. V.Həsənovla İ.Əliyevi bir-birinə bağlayan tellərin, bağların nə olduğu bilinmir.
Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) intihar etməsi ətrafında söz-söhbətlər isə bu günə kimi səngimək bilmir.
Mətbuatda yayılan iddialara görə, intihardan bir neçə gün öncə İlqar Əliyev sabiq MTN şefi Eldar Mahmudov və general Akif Çovdarovla üzləşdirilib.
İlqar Əliyev Mahmudovun üzünə durmaqdan imtina edib. Bundan bir neçə gün sonra isə İlqar Əliyevin intihar xəbəri yayılıb.
Ehtimal olunur ki, İlqar Əliyev məhz sonrakı proseslərdə Mahmudovun əleyhinə ifadə verməmək üçün özünə qəsd edib və ya hansısa gizli məlumtlara malik olduğu üçün aradan götürülüb.
Hər halda mövzu yenə də müəmmalı və aktual olaraq qalır. Lakin həm polkovnikin, həm Çovdarovun vəkilləri üzləşmə xəbərini təkzib edib.
Mətbuata istinadla yazırıq ki, İlqar Əliyevin meyiti BİT-dən çıxandan 2 gün sonra – 2015-ci il dekabrın 22-də orada saxlanılan digər məhbus Manaf Paşayevin də meyiti aşkar olunub. Rəsmi məlumatda onun da özünü asdığı bildirilib.
M.Paşayevin İlqar Əliyevin kamera yoldaşı olduğu haqda məlumat vardı. Belə ehtimallar da irəli sürülür ki, M.Paşayev İ.Əliyevin ölümü haqda məlumatlara malik olub və bu üzdən o da eyni üsulla aradan götürülüb. Yazıda adı keçən şəxslərin iddialarla bağlı mövqeyini və vəkilin dediklərinə dair münasibətini dərc etməyə hazırıq….
…
Araşdırmaçı Jurnalist olaraq bunu deyə bilərəm ki, ölkədə yüksək vəzifəli məmurları PREZİDENT təyin edir vəzifəyə və PREZİDENT tərəfdən təyin olunmuş vəzifəsindən süi istifadə edən məmur PREZİDENTİN muvafiq tapşırıqları əsasında da tutduğu vəzifə səlahiyyətlərindən uzaqlaşdırılır.
Qeyd edək ki, Vaqif Həsənov 2006-cı ildən 2011-ci ilə qədər Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyəti başçısının müavini, 2013-cü ilə qədər Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-cü ildən 2018-ci ilə qədər isə birinci müavini vəzifələrində çalışıb. Prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Vaqif Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
RealMedia.az olaraq məqalədə adları çəkilən şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.