“Torqovı”da restoranda yanğın baş verdi

Bakıda restoranda yanğın olub.


AZBAKU.ORG ONA-ya istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsində yerləşən “Al Furat” restoranında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.