Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu.
AzBaku.info Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki Missiyasının müvəqqəti işlər vəkili Harri Kamian noyabrın 9-da Vyanada keçirilən ATƏT Daimi Şurasının iclasında səsləndirdiyi bəyanatında deyib.
Onun sözlərinə görə, həmsədr ölkə olaraq ABŞ, Minsk qrupunun həmsədrlərinin işinə qərarlı şəkildə dəstəkləyir: "Biz sizin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün tərəflər ilə sıx əlaqədə olmağınızı yüksək qiymətləndiririk".