Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdi Abdıyev İbrahim Hüseynalı oğlu tarix müəllimi Vaqif Cəfərov tərəfindən vəhşicəsinə döyülüb.
Bu haqda Millətinsəsi.info-ya məlumat verən şagirdin yaxınları deyir ki, hadisə təxminən iki ay əvvəl baş verib. V.Cəfərov məktəblinin başına çox ağır zərbə endirdiyindən o, iflis olub və 2 aya yaxın xəstəxanada yatıb. Hazırda da hərəkət edə bilmir, yataq xəstəsinə çevrilib.İbrahim Abdıyevin yaxınları deyir ki, Göytəpə şəhər 1 saylı tam orta məktəbin direktoru Zaur Ələkbərov hüquq-mühafizə orqanları ilə anlaşaraq, bu hadisəni ört-basdır edə bilib. Bu səbəbdən də, valideynlərinin şikayətinə baxılmır.Məlumata əsasən, məktəblinin xəstəxana xərclərinə 6 min manatdan çox vəsait xərclənsə də, müəllim və məktəb rəhbərliyi tərəfindən heç bir köməklik göstərilməyib.O da qeyd olunur ki, Zaur Ələkbərovun direktoru olduğu Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə dəfələrlə şagirdlərin döyülməsi halları baş versə də, hər dəfə bu faktlar gizlədilib.Məlumata əsasən, iki gün əvvəl bu məktəbdə Məlikov Həsənağa Əlisoltan oğlu da yuxarı sinif şagirdləri tərəfindən döyülərək, ağır travma alıb. Direktor Zaur Ələkbərov şagirdlərdən imza toplayıb ki, guya bu hadisə məktəbdən kənarda baş verib. Bununla belə, döyülən şagirdin valideyni tərəfindən hüquq-mühafizə orqanlarına şikayət olunduğu və hazırda məlum hadisənin rayon prokurorluğu tərəfindən araşdırıldığı bildirilir. Mənbə deyir ki, direktor bu hadisəni də əvvəlki olaylar kimi ört-basdır etməyə çalışır.