"Qarabağın azadlığı Meğrinin azadlığından keçir”.
AzBaku.org xəbər verir ki, bunu "Facebook”dakı statusunda sabiq YAP-çı deputat Alqış Həsənoğlu irəli sürüb.
O, "Facebook”dakı statusunda Megrinin ermənilərdən təmizlənməsinin əhəmiyyətini belə vurğulayıb:
"Meğrini – Naxçıvanı Bakıdan ayıran dəhlizi erməni işğalçılarından təmizləmək lazımdır. Bu, erməniləri sülhə hazırlamağın ən optimal yoludur. Ermənistan hakimiyyəti Azərbaycanı məcbur edir ki, Milli Ordumuz hədəflərinə yenidən baxsın: Əvvəlcə Meğri, sonra Qarabağ!…”
Xatırladaq ki, Naxçıvanla quru əlaqəsinin bərpası baxımından Meğrinin əhəmiyyəti əvvəllər də dəfələrlə vurğulanıb. Heydər Əliyevin prezidentliyi dövründə – 90-cı illərin sonunda isə hətta ərazi mübadiləsi çərçivəsində Meğrinin Azərbaycana birləşdirilməsi variantı da çox ciddi şəkildə müzakirə olunub, sabiq Ermənistan prezidenti Robert Köçəryanın öz xatirələrində yazdığına görə, hətta bu müzakirələr müqavilə imzalanması mərhələsinədək inkişaf edibmiş. Son anda Heydər Əliyev bu plandan imtina edib.