Deputat:”Jurnalistlərin Ermənistana səfərinin təşkili barədə təkliflər yolverilməzdir”

Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan Azərbaycan jurnalistlərinin Dağlıq Qarabağa, Ermənistana səfərinin təşkil edilməsi barədə təkliflər yolverilməzdir.


Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, rəsmi şəxslər tərəfindən belə çağırışlar qəbuledilməzdir.

Vitse-spiker Valeh Ələsgərov isə qeyd edib ki, Dağlıq Qarabağ probleminin həllində maraqlı qüvvələr var: “Emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmaq olmaz. Siyasətdən xəbəri olan insan hər bir sözünə dəyər verməlidir”.