Bu gün Şəkidə maraqlı toy keçirilib. Toy günü 9 noyabr - dövlət bayrağı gününə təsadüf etdiyindən bəy və gəlin bayraqlarla qarşılanıblar.
AzBaku.info xezerxeber.az-a istinadən xəbər verir ki, bu hadisə sakinlərin də marağına səbəb olub. Gəlini evdən bayraqlarla çıxarıblar.
Toy karvanı bəy evində də bayraqlarla qarşılanıb.
Ruslan Məhərrəmov və Rəvanə Məhərrəmova cütlüyünün toy mərasimi bu günə, yəni 9 noyabr Dövlət bayrağı gününə təsadüf etdiyindən bəy və gəlin bayraqlarla qarşılanıb.
Yenicə ailə quran gənclərin arzusu tezliklə Qarabağın işğaldan azad edilməsi və bayrağımızın ölkəmizin hər yerində dalğalanması olub.
Kənd sakinləri də gənclərin bu şad günlərində onlara ən xoş arzularını çatdırıblar.
Sakinlərin dediklərinə görə, kənddə ilk dəfədir belə toy mərasimi keçirilib.