Rusiyanın “Birinci kanalı” Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torplaqlarından reportaj hazırlayıb.
Modern.az xəbər verir ki, reportaj “Qolos Deti” uşaqlar üçün mahnı müsabiqəsi çərçivəsində finala yüksələn Qarabağ ermənisi Mixail Qriqoryan haqqında hazırlanıb.
Rəsmi Bakının icazəsi olmadan çəkiliş heyəti Xankəndi və Şuşada çəkilişlər apararaq qondarma rejimin təbliğatına da xidmət ediblər.
Modern.az reportajın videosunu təqdim edir.