Baş nazirin müavini Hacıbala Abutalıbov keçmiş Bakı şəhər İcra hakimiyyətinin rəhbəri vəzifəsini icra edərkən dövlət əhəmiyyətli binaları öz qohumlarının adına qeyri-qanuni özəlləşdirməsi, sahibkarların mülklərini əlindən alması və İcra Hakimiyyətinin tikinti işlərini görən fəhlələrin məvacibini veməməsi ilə bağlı çox saylı faktlar Xeberman.com saytına daxil olmaqdadır. Xeberman.com saytı olaraq həmin faktları araşdırarkən çox saylı cinayət tərkibli əməllərinin ,rüşvət faktlarının qeyri-qanuni özlləşdirmənin üstünü açmaqdadır. Araşdırma gedə-gedə biz həmin faktları təqdim edəcəyik. Ümüd edirik ki, adiyyatı üzrə dövlət qurumları bu araşdırma yazılardan və faktlardan sonra hüquqi qiymət verəcək. Xeberman.com saytı olaraq həmin faktların bir qismin təqdim edirik.
Bakı şəhəri Xətai rayonu General Şıxlınski küçəsi 95A saylı 14 mərtəbəli bina Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin Sərəncamı əsasında hərbi qulluqçular üçün inşa edilmiş,həmin binanın 1-ci mərtəbəsində və yarım zirzəmisində hərbi qulluqçulara müxtəlif mərasim məclisləri üçün nəzərdə tutulan 609.7 kvadrat metr sahə mövcud idi.Dövlət başçımız Cənab İlham Əliyev Müdafiə Naziri və digər dövlət məmurlarının iştirakı ilə binanın açlışı olmuş,hərbi qulluqçuların xidmətinə verilmişdir.
Acıgöz və harınlamış keçmiş İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov vəzifəsindən süi istifadə edərək,hərbiçilər üçün dövlət vəsaiti hesabına tikilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsi və yarımzirzəmisində yerləşən 609.7kvadrat metr sahəni ənənəvi olaraq “Klassik-Şəms” MMC adına özəlləşdirərək “Klassik-Şəms”MMC-nin rəhbərliyinin xəbəri olmadan öz yaxın qohumunun adına rəsmiləşdirərək özününküləşdirmişdir.
Bakı şəhəri Nəsimi Rayonu Füzuli küçəsi 39saylı binanın(sürüşdürülən bina)birinci mərtəbəsi “Klassik-Şəms)şirkətinin adına özəlləşdirilib və “Klassik-Şəms”şirkətinin heç bir xəbəri olmadan Hacıbala Abutalıbovun göstərişi ilə yaxın qohumunun adına rəsmiləşdirərək öz adına götürüb.(Qədim Kitabxana olub).Qanuna əsasən kitabxananın ləğv edilməsi Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə ləğv ediləndən sonra özəlləşməli idi.
Qeyd edək ki,həmin bina Tarixi-memarlıq abidəsi olduğundan orada Dövlət əhəmiyyətli daha səmərəli istifadə edilməli olduğu halda Hacıbala Abutalıbov dövlət vəsaiti xərclənməsinə baxmayaraq özününküləşdirmişdir.Güman edirəm ki,Hüquq-mühafizə orqanları və Mədəniyyət-Turizm Nazirliyi bu talamaya öz münasibətlərini bildirərək vəzifə səlahiyyətlərindən süi istifadə edən Hacıbala-Abutalıbovun qeyri-qanuni əmlak mənimsəməsinə öz münasibətlərini bildirəcəklər.
Qeyd:Özəlləşdirilən sahənin təmirində və rekanukstrusiyasında iştirak edən usta və mühəndislərin,nə tikinti matrialının,nə gətirdikləri alət və cihazların,nə mebellərin nə də işçilərin haqqı ödənilib.Hacıbala Abutalıbovdan acizanə xahiş edirik usta və fəhlələrin haqqı ödənilsin.Hacıbala Abutalıbov bu ərazini boşaltdırırdı ki,xanıma hədiyyə olunacaq.Gələn yazımızda bu haqqında açıq məlumat veriləcək.
Beləcə Dövlət vəsaitini talamaqda məhşur olan Hacıbala Abutalıbovun yüzlərlə cinayət xarakterli obyektləri saytımızda geniş vüsət alacaqdır.
Ardı var…