"Adam nə parlamenti yarıdır, nə dəmir yollarını" – Azər Həsrətdən Cavid Qurbanova KƏSKİN İRAD

"Cavid Qurbanov həm "Azərbaycan Dəmir Yolları" QSC-nin rəisidir, eyni zamanda deputatdır. Adam nə parlamenti yarıdır, nə dəmir yollarını".


Bu sözləri Sonxeber.az-a Bakı-Gəncə sürət qatarının sürətinin zəifliyindən şikayətlənən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
Azər Həsrətin sözlərinə görə, Azərbaycanda dəmir yolu yoxdur:

"Bu yaxınlarda Gəncəyə sürət qatarı açılıb. Qatar əladır, bəs, sürət? Sürət 90-140 arası km göstərir. Bu sürətdir? Xeyr! Bakıdan Gəncəyə 340-350 kmilometrdir. Qatar Gəncəyə 2 saata getmək əvəzinə, 4 saata gedir. Dörd saata Gəncəyə gedən qatarı sürət qatarı hesab etmək olar? Azərbaycanda dəmir yolu yoxdur. Cavid Qurbanov dəmir yolları ilə məşğul olsa daha yaxşı olar. Parlamentdə kürsünü boş-boş məşğul etməsin. Onun kürsüsündə Azərbaycana fayda verən biri oturmalıdır".