ğsu rayonunun icra başçısı Ənvər Seydəliyev 2007-ci ildən Ağsu rayonuna başçı təyin ediləndən Ağsu rayonu qara günlərini yaşayır !
Bəli bu həqiqətən də belədir.
Ölkəmizin yüksək inkişaf dövrünü yaşamasının Ağsu rayonuna heç bir aidiyyəti yoxdur.
Belə ki, Ə. Seydəliyev gələn gündən rayonu özəlləşdirib xalqı quldarlıq quruluşu qanunları ilə idarə edir. Uzaq kənlərdə belə qonşu, qohumlar mal-mülk, torpaq, heyvan-qara və s. üstə savaşanda da başçı - şah həll edir, kimin haqı olmasından asılı olmayaraq, özünə yaxın bilib rüşvət aldığı tərəfə arxa durur.
Ə. Seydəliyev bütün vəzifələrə öz qohum, yaxınlarını təyin edib, dövlət içində dövlət-mafiya yaratmışdır. Bütün idarə, təşkilat rəhbərlərindən, sahibkarlardan haqq alır, fəhlə və xadimələrə qədər işə özü götürür, rüşvətlər qəpiyinə qədər iki qat yalnız özünə çatdırılır. Ona görə də yaşından və ailə vəziyyətinin durumundan asılı olmayaraq uzun illərdi həmin adamlar mafiya başçısına arxalanaraq, iş deyil, yaltaqlıq, satqınlıq, rüşvətxorluqla məşqul olub, dövlətə və xalqa ağır maddi və mənəvi zərbə vurub özbaşına yaşayırlar.
Əks tədqirdə imkansız gənc ailələr və cavan uşaqlar isə işsizlikdən, yoxsulluqdan əziyyət çəkir, pis vərdişlərə aludə olub, istər-istəməz cinayət hadisələrinə tuş gəlib həyatları məhv olur. Bir çoxları da evindən, elindən, rayondan baş götürüb çörəkpulu qazanmaq və başının salamat qalması üçün, Bakıya və xarici ölkələrə üz tuturlar.
Bu səbəblərdən mənim də cəbhə bölgəsində hərbi xidmətdə olmuş və digər təhsilli iki övladım belə evimdən didərgin düşüblər.
O, rayona başçı gələn gündən rəhbərlər başda olmaqla əhaliyə küçə supurtdürüb, bu və ya digər formada şəxsiyyətlərini alçaltmaqla məşquldur.
Rayonda elm-təhsil, mədəniyyət və səhiyyənin inkişafı çox acınacaqlı vəziyyətdədir.
Ağsu rayonunda cənab prezidentimiz İlham Əliyevin heç bir sərəncamına və göstərişlərinə düzgün əməl olunmur. Dövlət qanunlarından yalnız özünün və yaxın qohumlarının xeyrinə istifadə edir. Rayondakı obyektlərin 60%-ni, 100 hektarlarla əkin sahələrini qohumlarının və yaxın adamıarının adına özü üçün özəlləşdirib.
Yüz hektarlarla əkilməyən torpaq sahələrini əkilmiş kimi sənədləşditdirib dövlətdən əkin-biçin pulu kimi külli miqdarda pul oğurlayıb.
Göründüyü kimi rayon bir nöqtədən idarə olunur, Ə. Seydəliyevdən başqa heç bir idarə və təşkilat rəhbərlərinin səlahiyyəti və məsuliyyəti yoxdur.
Bütün bunun nəticəsidir ki, 12 il müddətində Ağsu rayonunda cinayət hadisələri durmadan artır, ailələr dağılır, əxlaqsızlıq baş alıb gedir.
Ağsu rayoninda baş verən hadisələrin 80% - i rüşvət verməklə mətbuatdan, dövlətdən və xalqdan gizlədilir. Bu müddət ərzində əsasən şəxsi intriqa-mənəmlik, əxlaqsızlıq və pul üstündə yüzlərlə ölüm hadisələri baş verib və bir çox cinayətlərdə Seydəliyevlərin adları hallanır.
Əhali uzun illərdi qorxu, təlatüm içındə acizanə rəzillik həyatı yaşayırlar. Mərkəzi xəstəxanada o qədər səbəbi bilinməyən ölüm hadisələri baş verib ki, əhalinin əksəriyyəti qorxudan başqa rayonlara və Bakı şəhərinə getmək məcbiriyyətində qalıblar.
Görəsən 12 ildir qara günlər yaşayan Ağsuluların ağ günü nə vaxt gələcək ?
Bu sual bütün Ağsuluları çox düşündürür ?
Hətda bir neçə rəhbər vəzifədə çalışanlar da yaşadıqları bu iyrənc həyat tərzindən bezdiklərini bildirirlər.
Cənab prezidentimiz İlham Əliyevin bu müddət ərzində Ağsu rayonunun sosial iqtisadi inkişafına və əhalinin rifahının yaxşılaşdırılması üçün ayrırdığı milyonlarla vəsaitin 20 %-i belə Ağsu və Ağsululara xərclənməyib. İlk günlərdən belə bütün idarə və təşkilatlarda çalışan işçilərdən və idarə rəhbərlərindən aylıq haqq alınır. İmkanlı şəxslərdən seçkidə səs yığmaq və s. kimi böyük oyunlarla iri həcmdə pullar alınır. Və bildirilir ki, rayonda abadlıq işləri görülür , hər kəs kömək etməlidir.
Bəli, az da olsa gözə görünən işlər də bu hesaba başa gəlib.
Ağsu rayonunda baş verən məlum zəlzələdən sonra prezidentimiz cənab İ. Əliyev rayonda olub əhali ilə görüşüb, uçan evlərə baxış keçirdi. Və zərərçəkənlərə kömək etmək məqsədilə xalqa 2 000 000 manat vəsait ayırdı.
Görünən budur ki, Ə. Seydəliyev əksəriyyət öz adamlarını məlumatlandırıb, prezidentə məktub verməsinə şərait yaradıb. Baxış keçirilən evlər isə istismar müddəti bitmiş, on illərlə əvvəl qəzalı vəziyyətə düşən və əvvəlcədən danışılıb, planlaşdırılmış öz adamlarının evidir.
Çünki, təsadüfən cənab prezidentə yaxınlaşıb şikayət edənlər sonradan tənbeh olunub, tənqidə məruz qalıblar. Tikilən evlərin çoxu isə yaşayış olmayan, istismar müddəti çoxdan bitmiş, bir əsirə uaxın yaşı olan evlərdir. Həmin şəxslərin kifayət qədər imkanları, evi və maşını da var. Hələ onların içində faizlə pul verənlərin də adları hallanır.
Bəli, dövlətin xalqa ayırdığı vəsaiti, cənab prezidentin xalqa olan sevgisini, vətənpərvərliyini Ə. Seydəliyevin böyük rüşvətə satması aydın görünür.
Zəlzələdən həqiqətən də zərərçəkən, evi qəzalı vəziyyətə düşüb tikilməsi və ya təmirə ehtiyacı olan, acınacaqlı durumda yaşayanlar isə yenə də aldadılır, əzilir bir vətəndaş kimi dövlətdən yaratlana bilmirlər.
Bu acı həqiqətləri çılpaqlığı ilə açıülayan Ağsu rayonunun Təklə kənd sakini, ömrünün çox hissəsini dövlət müstəqilliyimizə, xalqa həsr etmiş mədəniyyət işçisi, şair-publisist, xeyriyyəçi, jurnalist, əsl vətənpərvər Azərbaycan oğlu Cahangir Ağsuludur.
O, dövlətin və xalqın yanında kifayət qədər hörmət, nüfuz qazanmış, onlarla "Fəxri Fərman" və "Fəxri diplom"- lara layiq görülmüş sadə bir vətəndaş, Allah adamıdır. İki şerlər və bir Ağsu bələdçi kitabının müəllifidir.
Cahangir müəllim ötən il Birinci xanım Mehriban Əliyevanın qəbulunda olarkən nə istəyirsən sualına ( çox şeydən ehtiyacı olsa da belə ) nəyisə dilə gətirib istəməyib.
Sadəcə dövlətimin mənə diqqətini hiss etmək istəyirəm deyə cavab verib.
Mehriban xanımın mədəniyyət nazirliyinə verilən tapşırığına əsasən Ağsu rayon mədəniyyət şöbəsində sadə şəkildə onun 50 illik yubileyi qeyd olunub.
Cahangir Ağsulunu tanıyan hər kəs bilir ki, onun hədəfi Qarabağ, məqsədi isə müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə ləyaqətlə xidmət etməkdir. Torpaq düşmən əsarətində olduğu, vətən ağır günlərini yaşadığı üçün o, geniş təm-təraqlı yubiley keçirməyə çalışmayıb.
Çox təəssüflər olsun ki, belə bir qeyrətli vətənpərvər Azərbaycan oğlu da cənab prezidentimizin sərəncamından yararlanmayıb, kənarda qalıb.
Cahangir Ağsulu qeyd edir ki, onun da yaşadığı ev də zəlzələ nəticəsində zərər çəkib. Şəkillərdə də bu öz əksini tapır. Lakin, iki aydır mafiya üzvləri yerli icra nümayəndliyinin sədri "Hacı" Əbilfəz və katibi Fərhad Soltanov çoxları kimi onu da aldadırlar ki, evi iki aydır qeydiyyata alınıb. Bu yalanların üstü iki gündür açılıb.
Lakin, kənddə istədikləri qohum və yaxınlarının evini qeydiyyata alınıblar, 15 evin təmirinə, 2 evin tikilməsinə göstəriş verilib. Hansı ki həmin evlərin əksəriyyəti 20 il əvvəl bir neçə yerdən mənim evim kimi partlayıb, içində normal yaşayış var. Tikilən iki ev isə indi deyil, uzun illərdir təmirə ehtiyacı var.
Tikilməkdə olan hər iki evin ər-arvad iki sakini var, pensiya və əmək haqqı alırlar. Ehtiyac olarsa təzə ev tikməyə də kifayət qədər imkanları var.
Adının çəkilməsini istəməyən bir qadın "Hacı" Əbilfəzin ona " Sən bilmirsən ki, Ənvər müəllim pul almasa heç kimə kömək etmir ?" deməsi də adi hal deyil.
Yenə də rüşvətxorluq, qohumbazlıq, yaltaqlar və satqınlar mafiyası və s.
İş o yerə çatıb ki, artıq icra başçısı Ə. Seydəliyev qapıda 5-6 polis saxlatdırb özü pəncərədən baxır, əhalini də binanın kəllə pəncərəsindən qəbul elətdirir.
Belə idarəetmə olarmı ?
İcra başçısı xalqdan niyə qorxmalıdır ?
Görəsən hər şeyi nəfsinə, pula satan Ə. Seydəliyev və mafiya üzvləri nə üçün mənə qarşı da belə iyrənc kampaniya
aparırlar ?
Eyni zamanda kəndimizdə iki başsız (ailə də qurmamış) yaşlı qadın, Gülputa və Şamama Allahyarova bacıları yaşayan, əvvəlcə qəzalı olsa da zəlzələ nəticəsində isə tamamilə uçub dağılmış evin də şəkillərini sizə göndərirəm.
Hazırda onlar qorxudan evdən çıxıb, müvəqqəti olaraq qohum evində yaşayırlar.
Qoy bu şəfəfsiz əməllərə dövlət rəhbərlərimiz və xalqımız baxıb layiqli qiymət versinlər.
Onlar da cənab prezidentimiz İ. Əliyevdən, birinci Vitse-prezidentimiz Mehriban xanımdan və FH naziri K. Heydərovdan imdad diləyirlər.
Heç olmasa vaxtilə qabaqcıl kolxozçu, pamdıqçı olan bu başsız qadınlara kömək olunsun...
Cahangir Sabirov (Ağsulu) cənab prezidentimiz İ. Əliyevdən, Birinci Vitse-prezidentimiz xanım M. Əliyevadan və Fövqəladə hallar naziri cənab K. Heydərovdan ona kömək etmələrini, eyni zamanda bir Azərbaycan vətəndaşı kimi özünün və ailə üzvlərinin hüquqlarının qorunmasının təmin olunmasını xahiş edir.