Masallıda böyüklərə problem yaradan uşaq bağçası... - İDDİA

Bolgexeber.com-un redaksiyasına Masallı rayonunda fəaliyyət göstərən “Viləş” uşaq bağçasından şikayət məktubu daxil olmuşdur.
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, rayonun İsgəndərli adlanan ərazisinin cənub tərəfində yerləşən, 100 yerlik “Viləş” özəl uşaq bağçasını Masallı rayon icra hakimiyyəti başçısı Rafil Hüseynov tikdirib.Məlumatda deyilir ki, “Viləş” uşaq bağçası tikiləndən bir müddət sonra işləməyib Onun açılışına prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın gələcəyi deyilirdi,amma bu bağça standartlara cavab vermədiyi üçün bu baş tutmayıb:
“Sonradan RİH başçısı Rafil Hüseynov bağçanın dövlətin balansına salmaq üçün deyib ki, ki,bu bağça Heydər Əliyev Fondunun hesabına tikilib.Amma bağça özəl olaraq qaldı.Ora bir direktor təyin etdilər ,ancaq o da çox işləmədi orda.Sonradan bağçanı öz kadrına ,Cəlilabaddan olan Texno Tədris Mərkəzinin rəhbəri Ramil Əmənova həvalə etdilər.Bu da Rafil Hüseynovun qohumu, Cəlilabadın keçmiş icra başçısı Əziz Əzizovun əli ilə baş tutdu. Ramil Əmənov isə “Viləş” uşaq bağçasının müdiri vəzifəsinə Şəfa Allahverdiyevanı təyin etdi.Halbuki Şəfa Allahverdiyevanın təlim-tərbiyə işləri üzrə heç bir təhsili yoxdur.O sadəcə kurs artırmada musiqi müəlliməsi diplomu alıb və o diplom əsasınada direktor kimi fəaliiyətə başlayıb ki,bu da qanunsuzdur. “Viləş” uşaq bağçasına səhər 9-dan günortayacan-1-cən uşaqlarını qoyan valideyinlərdən 50 manat ,saata 5-cən uşaqlarını bağçaya qoyan valideyinlərdən isə 120 manat aylıb pul alınır. “Viləş” uşaq bağçasında qanunsuzluqlar kifayət qədərdir.Məsələn ,burada uşaqlara verilən yeməklərin rəsmi menyusu uşaqlara real verilən yeməklərə uyğun gəlmir.

Bağça rəhbərliyi uşaqları bura cəlb etmək üçün menyuda göstərilən cürəbəcür yeməkləri düzərək şəkillərini çəkdirir,sonra isə həmin şəkillər bağçanın instagram,feysbuk səhifələrində paylaşılır,yerləşdirəndən sonra həmin yeməkləri uşaqların qabağından götürürlər. Təsəvvür edin ki,uşaq otuzdurulur yeməklərin qabağında, şəkli çəkilir,sonra isə o biri uşaqlar növbə ilə şəkil çəkdirib dururlar bir-bir.Bu cür ucuz yolla bağçanı reklam edirlər.Uşaqlara reallıqda ancaq sup verirlər.Menyuda isə kotletlə,toyuq əti ,mal əti və sairə ilə kartof püresi,meyvə şirələri, fəsilə uyğun olaraq meyvələr göstərilir, amma bunların heç biri uşaqlara verilmir. Bundan başqa bağçada kombi sistemi olsa da,o düzgün quraşdırılmadığından qışda uşaqlar soyuqdan tez-tez xəstələnir.
Masallıda Şəfa Allahverdiyevanın özəl qanunları ilə idarə olunan özəl “Viləş” bağçası...
Valideyinlər bu barədə bağçanın müdirəsi Şəfa xanıma şikayət edəndə isə o deyir ki,bu ola bilməz, uşaqlar evlərində xəstələnir. Halbuki uşaqlar günün çox hissəsni bağçada olurlar.Bundan başqa bağçanın reklamında qeyd olunur ki,valideyinlər uşaqlarına neçə təlim-tərbiyə keçirilməsini 24 saat onlayn izləyə,müşahidə edə bilərlər.Amma bu da digər reklam vədlər kimi həqiqətə uyğun gəlmir.Belə ki, valideyinlərin dediyinə görə onlar dəfələrlə telefonlarına yazdırdıqları proqramla uşaqlarını izləmək istədikdə buna yalnız 5-10 dəqiqə nail ola biliblər.Budan artıq kamera göstərməyib.Bu barədə şikayət edən validyinlərə isə bəhanə gətirərək bildirirlər ki,bəs “yəqin sizin internetiniz zəifdir və ya telefonunuzda problem var,ona görə baxa bilmirsiz”. Ümumiyyətlə Şəfa xanıma bağçada mövcud olan problemlər barədə sübutlar gətirilsə də o bunları qəbul etmir.

Bildirilir ki, dəfələrlə tərbiyəçilərin, müəllimlərin ucbatından uşaqların başı,gözü,qolu,ayağı zədələnib və onlar göyərmiş vəziyyətdə evə gəliblər. Bu barədə Şəfa xanıma şikayət edəndə isə o həmişə kimi kimi özlərində günah görmür,özünü təmizə çıxardaraqdeyir ki,”uşaqlar evdə,çöldə yıxılıb,siz düz demirsiz”.Valideyinlər bildirəndə ki,”əgər elədirsə onda imkan verin baxaq kameraya görək doğrudanmı uşaqlar bağçada zədə almayıb” o cavab olaraq bildirir ki,bunu edə bilməz,kamera görüntülərini yalnız icra başçısı Rafil Hüseynovun icazəsi ilə baxıla bilər.Bundan başqa bağçada çalışan işçilərin maaşları kartla verilmir.Çünki, Şəfa xanım əmək məcəlləsinin maddələrini pozaraq işçilərin əksəriyyəti ilə əmək müqaviləsi bağlamayıb. Bundan başqa hörmətli prezident İlham Əliyevin ölkədə işsizliyin aradan qaldırması istiqamətində etdiyi böyük səylərin fonunda bağçada işləyənlərin işçi kimi rəsmiləşdirilməməsi də ölkə başçısının göstərişlərinə qarşı çıxmaqdır.
Bağça çayın kənarında yerləşdiyindən ərazi ilanların gur olan yeridir və bağça bür müddət baxımsız qaldığından dəfələrlə bağçanın mətbəxində ilanlar peyda olub və aşbaz tərəfindən öldürülüb.Təbii ki,belə açınacaqlı hal uşaqlarda sarsıntı yarada bilər və onların həyatına təhlükə yaradır.Heç kim qarant verə bilmız ki,ilanlar sabah uşaqların yeməklərini və ya qablarını zəhərləyə bilməz.
15-20 gün bundan əvvəl uşaqlardan birinin başına şüşəli şkaf düşüb və uşağın başı yarılıb,uşağın başına 5 dənə tikiş vurulub.Halbuki bağçanın nizamnaməsinə görə şkaf şüşədən olmamalıdır.Daha bir maraqlı məqam ondan ibarətdir ki,bu özəl bağça adını çəkmədiyimiz dövlət qulluqçusunun adına rəsmiləşdirilib ki, bu da qanuna ziddir.Çünki dövlət işçisi qanunla sahibkarlıqla məşğul ola bilməz.”

Valideyinlər bildirirlər ki,onlar şikayətlərində çox dərinə gedəndə Şəfa xanım bildirir ki,siz mənə heç nə edə bilmərsiz, mənim arxam möhkəmdir.Mənim arxamda xanım deputat durur. Həmin deputatın kim olduğunu bilsək də açıqlamırıq.Masallıda Şəfa Allahverdiyevanın özəl qanunları ilə idarə olunan özəl “Viləş” bağçası...
Etibarlı mənbədən aldığımız məlumata görə Rafil Hüseynov özü də şəxsi hesabından bu bağçaya hər ay 3500 manat pul ayırır ki, bağçanın şəraiti yaxşılaşsın,bağçada uçaqlara yaxşı yemək verilsin.Bu o məqsədlə edilir ki, bağça yüksək səviyyəli,sanballı bağçaya çevrilsin ,tanınsın, rayonda ad çıxarsın və Masallıda sakinlər uşaqlarına bu bağçaya qoysunlar.
Amma,bağçaya belə yardım edilməsinə və valideyinlərdən hər ay pul yığılmasına baxmayaraq pullar Şəfa xanımın qazancına çevrildiyindən bağçada şərait gözlənildiyinin əksinə olaraq düzəlmir.Bildirilir ki, Rafil Hüseynovun bağçaya kömək etməkdə, uşaq sayını artırmaq istəyində əsas məqsədi bağçanın qiymətini artırıb 150 minə satmaqdır.Çünki əvəllər bu bağçada uşaqların sayı çəmi 5 nədər idi və bağçanı satmaq çətin idi.Sonradan Masallıda bir çox təşkilat,idarə rəhbərlərinə,digər məmurlara göstəriş verilib ki,onlar uşaqlarını aparıb bu bağçaya qoysunlar və bununla bağşaya təlabat artıb,uşaq sayı çoxalıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional Dövlət Əmək Müfəttişliyi bu bağçada işçilərin əmək müqaviləsiz işləməsinə nəyin müqabilində göz yumur və aidiyyatı qurumlar bu bağçada təlim-tərbiyə işlərinə niyə nəzarət etmir, “Viləş” uşaq bağçasında yoxlamalar aparılmır?Yəqin ki,buna icra hakimiyyəti tərəfindən imkan verilmir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.