Rusiyanın İnquşetiya Respublikası parlamentinin deputatı, "Vahid Rusiya" partiyasının üzvü ailə qurmaq məqsədilə qız qaçırıb.
AzBaku.org Trend-ə istinadən bildirir ki, qaçırılan şəxs yerli xəstəxanalardan birinin baş həkimidir.
Qeyd olunur ki, vəziyyəti respublikanın ağsaqqaları yoluna qoyub və mayın 2-də toy etməyə qərar veriblər.
Hadisə ilə əlaqədar deputata 200 min rubl, onunla əlbir olan şəxslərə 100 min rubl cərimə təyin edilib.