Fransa prezidenti “Rusiya müdaxiləsi”ni ciddi təhlükə adlandırıb

“Rusiya müdaxiləsi” ABŞ və Fransa kimi demokratik dövlətlər üçün ciddi təhlükədir.

AzBaku.info APA-ya istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emanuel Makron bildirib.

“Biz bu cür müdaxilənin potensial fəsadlarını lazımınca qiymətləndirməliyik”, - deyə Emanuel Makron “Time” nəşrinə bildirib.

Rusiya ABŞ və Fransada seçki proseslərinə müdaxiləyə dair ittihamları rədd edir.