r

Bakı-Sumqayıt şossesində idarəetməni itirən taksi sürücüsü qəza törədib - VİDEO

Nəticədə taksinin sürücüsü bədən xəsarəti alıb

Bakı-Sumqayıt şossesində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AzBaku.org ONA-ya istinadən məlumatına görə, taksi fəaliyyətilə məşğul olan “Nissan” markalı avtomobilin sürücüsü əvvəlcə eyni istiqamətdə hərəkət edən “Hunday” markalı maşının arxa hissəsinə çırpılıb.

Zərbənin gücündən idarəetməni itirən “Nissan”ın sürücüsü avtomobili saxlaya bilməyərək yol kənarında hərəkətsiz vəziyyətdə dayanan “KAMAZ” markalı yük maşınına çırpıb.

Nəticədə taksinin sürücüsü bədən xəsarəti alıb.