Motosikletlə traktorun toqquşması ölümlə nəticələndi

Neftçalada motosiklet traktorla toqquşub.


Oxu.Az-ın Aran bürosunun məlumatına görə, bu gün saat 13.30 radələrində Neftçala rayonunun Qaralı kəndi ərazisində Yuxarı Qaramanlı kənd sakini, 1995-ci il təvəllüdlü Soltanov Soltan Məhəmməd oğlu idarə etdiyi motosikletlə 1988-ci il təvəllüdlü Paşayev Əlisafa Ələsgər oğlunun idarə etdiyi traktora toqquşub.