Xırdalan dairəsində avtomobil piyadanı vurdu - HADİSƏ ANI - VİDEO

Bakı-Sumqayıt yolunun Xırdalan dairəsində avtomobil piyadanı vurub.


BAKU.WS xəbər verir ki, hadisə ötən gün baş verib. 99-NM-678 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil qəfil qarşısına çıxan piyadanı vurub.

Hadisə nəticəsində yaşlı kişi maşına dəyib yerə yıxılır. Özündə ayağa durmağa güc tapan piyada sürücünün maşına əyləşir.

Ərazidə olan DYP əməkdaşları da dərhal maşına yaxınlaşır. Piyadanın ciddi xəsarət almadığı bildirilir.