"Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır".
Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dedi. O qeyd etdi ki, dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar:
"Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq"
Yəni prezident bərk-bərk tapşırır ki, idarərtmə sahəsində islahat gedir, bu islahata uyğun da hərəkət edin.
Ağdama yeni təyin olunan Vaqif Həsənov ya prezidentin dediyin anlamır, ya anlamaq istəmir. Elə kadr siyasəti yürüfür ki, yerli camaat mat-məətəl qalır. Azerbaycanrealligi.com xəbər verir ki,
Azerinfo.tv-yə verilən məlumata görə icra başçısı Valeh Abdullayevi Qizanlıya MİS rəisi təyin edib. Hansı ki, bu şəxs Birinci Dördyol qəsəbəsi icra nümayəndəsi kimi çalışanda hər iclasda onu danlayırdı. İstisnasız bütün iclaslarda. Deyirdi ki, Abdullayev yaxşı ev alveri edir. Həqiqətən icra nümayəndəsinin makler ofisi mövcuddur.
Üstəlik "qara-qura" işlərinə görə tənbeh etdiyi şəxsə yeni vəzifə vermək nə deməkdir?
Bunun cavabını tapa bilmədik.(faktaz.com)