Deputat Fazil Mustafa:”Avtovağzala və aeroporta qısa müddətdə daxil olub-çıxanlardan ödəniş almaq düzgün deyil”

Milli Məclisin deputatı Fazil Mustafa Bakı Beynəlxalq Avtovağzalına və Bakı Beynəlxalq Hava Limanına qısa müddətdə daxil olub-çıxan şəxslərdən ödəniş alınmasının düzgün olmadığını qeyd edib.

Reportyor.info xəbər verir ki, bunu F.Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, Bakı Beynəlxalq Hava Limanına da, Bakı Beynəlxalq Avtovağzalına da 10 dəqiqəlik daxil olanda mütləq pul ödənilməlidir:

“Əgər vətəndaş orada uzun müddətə qalırsa, ödəniş tətbiq etmək olar. Yox, əgər vətəndaş qısa zamanda həmin əraziyə daxil olub, kimisə qarşılayırsa və ya kimisə yola salırsa, ondan ödəniş almaq düzgün deyil”. /Trend