Bakının mərkəzində baş verən qəzanın görüntüləri yayıldı - VİDEO

Bakının Səbail rayonu Neftçilər prospektində baş verən qəza anı kameraya düşüb.

Görüntülər sosial şəbəkədə paylaşılıb.

Videodan görünür ki, “Mersedes” markalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, prospektdə hərəkətdə olan zaman qarşıdakı avtomobili sağdan ötüb və daha sonra sol yola çıxmaq istəyərkən qarşısında hərəkətdə olan digər maşınla toqquşub.

Zərbənin təsirindən “Mersedes” yol kənarındakı beton maneəyə çırpılıb.