Tbilisidə 4 azərbaycanlı saxlanılıb

Bu gün səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.

AzBaku.info APA-ya istinadən verir ki, əməliyyat nəticəsində 2 qadın və 2 kişi olmaqla, 4 nəfər saxlanılıb. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinirlər.

DİN faktla bağlı istintaq aparır.

Qeyd edək ki, son aylar Poniçalada keçirilmiş xüsusi əməliyyatlar zamanı 30 nəfərə yaxın şəxs saxlanılıb.