Maştağa sakini boynundan bıçaqlanıb - vəziyyəti ağırdı - VİDEO

Paytaxtın Maştağa kəndində 38 yaşlı kişi bıçaqlanıb.

Oxu.Az xəbər verir ki, hadisə Maştağa-Buzovna yolunda baş verib.

1981-ci il təvəllüdlü Məmmədov İntiqam İnqilab oğlu yaşadığı evin yaxınlığında tanımadığı şəxslə mübahisə edib və nəticədə boynundan bıçaqlanıb.
Boyun nahiyəsinə bir neçə bıçaq zərbəsi alan yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan İ.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.