Goranboy rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, 15 yaşlı Valeh Allahverdiyev hovuzda üzərkən boğulub.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumatlara görə, hadisə qonşunun su hovuzunda baş verib. Hazırda hadisənin səbəbləri araşdırılır.