r

QHT İnsan alveri ilə bağlı növbəti maarifləndirilmə tədbirini Gəncə şəhərində həyata keçirdi.

Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi təşkilatçılığı ilə“İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsi çərçivəsində insan alveri ilə mübarizə mövzusunda növbəti tədbir Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində həyata keçirilib.
Tədbirdə Gəcə şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ziyalıları, 2 nömrəli şəhər poliklinikası və uşaq baxçasının, kitabxananın əməkdaşları, mədəniyyət işçiləri, media nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə təşkilatın sədri Mehriban Abdullayeva açaraq həyata keçirilən layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb və insan alveri ilə mübarizə haqqında məlumat verib. Gəncləri bu sosial bəladan qorumaq üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışan təşkilatın sədri qeyd edib ki, bu problemlə üzləşməməli üçün gənclərlə psixoloji söhbətlər aparılır, layihənin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə KİV-lərdə insan alveri ilə bağlı geniş maarifləndirici məlumatlar yayımlanır, bugün 1 milyondan artıq istifadəçisi olan facebook sosial şəbəkəsində təşkilatın İnsan alverinə dair yaratdığı və idarə etdiyi qrup vasitəsilə gənclər və yeniyetmələrə müxtəlif informasiyalar çatdırılır. Mehriban xanım bildirib ki, layihənin həyata keçirilməsində məqsəd İnsan Alveri ilə dövlətimizin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərmək, region gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır, həmçinin insan alverinə qarşı mübarizə və insan alveri qurbanlarının müdafiəsi üzrə fəaliyyətin daha səmərəli aparılması istiqamətində imkanların artırılmasıdır.
Tədbir iştirakçıları çıxış edərək insan alveri ilə mübarizə mövzusu ilə bağlı fikirlərini bölüşüb və cəmiyyətdə bu cür halların olmasını qəti şəkildə pisləyiblər, bu istiqamətdə maarifləndirici tədbirlərin və bu cür layihələrin həyata keçirilməsinə ehtiyac duyulduğunu bildiriblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Məlumat üçün qey edək ki, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin həyata keçirdiyi “İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.