Quba rayonunda insan alveri ilə bağlı maarifləndirilmə tədbiri həyata keçirilib.

Quba rayon Tibb kollecində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi təşkilatçılığı ilə “İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsi çərçivəsində insan alveri ilə mübarizə mövzusunda tədbir təşkil edilib.

Tədbiri giriş sözü ilə təşkilatın sədri Mehriban Abdullayeva açaraq həyata keçirilən layihə haqqında tədbir iştirakçılarını məlumatlandırı və insan alveri ilə mübarizə haqqında məlumat verib. Bildirib ki, insan alveri dünyanın ən əsas problemlərindən biridir. Hər il minlərlə insan, əsasən, qadınlar və uşaqlar, ya öz ölkələrində, ya da xaricdə istismar və başqa məqsədlərlə insan alverinin qurbanı olurlar. Gəncləri bu sosial bəladan qorumaq üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışan təşkilatın sədri qeyd edib ki, bu problemlə üzləşməməli üçün gənclərlə psixoloji söhbətlər aparılacaq, layihənin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə KİV-lərdə insan alveri ilə bağlı geniş maarifləndirici məlumatlar yayımlanacaq, bugün 1 milyondan artıq istifadəçisi olan facebook sosial şəbəkəsində təşkilatın İnsan alverinə dair yaratdığı və idarə etdiyi qrup vasitəsilə gənclər və yeniyetmələrə müxtəlif informasiyalar çatdırılacaq.

Daha sonra tədbirdə iştirak edən Quba rayon İcra Hakiyyətinin nümayəndəsi Aynur Yəhyayeva, Tibb kollecinin direktoru Mikayıl Mirzəliyev, direktor müavini Röya Sultanova, TGT-nin sədri Aynur Nadirli və başqaqları çıxış edərək insan alveri ilə mübarizə mövzusu ilə bağlı fikirlərini bölüşüb və cəmiyyətdə bu cür halların olmasını qəti şəkildə pisləyiblər və bu cür layihələrin həyata keçirilməsinə ehtiyac duyulduğunu bildiriblər, eyni zamanda bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirdiyi üçün təşkilatın sədri Mehriban Abdullayevaya öz təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Məlumat üçün qey edək ki, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin həyata keçirdiyi “İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.