ÇL finalında yarıçılpaq azarkeş meydana girdi - FOTO

Stüardlar onu saxlayaraq, çölə çıxarıblar.


UEFA Çempionlar Liqasında İngiltərənin "Tottenhem" və "Liverpul" komandaları arasında keçirilmiş oyun məcburən dayandırılıb.

Buna 18-ci dəqiqədə meydana xanım azarkeşin çıxması səbəb olub. Yarıçılpaq geyimdə olan fanat mərkəzədək gəlsə də, stüardlar onu saxlayaraq, çölə çıxarıblar. Bundan sonra oyun davam etdirilib.

Qeyd edək ki, hazırda "Liverpul" öndədir - 1:0. (report)