İyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq – 2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikası Naxçıvana gəlib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib.