Söhbət "cəsus əməliyyatı” zamanı tutularaq istintaq altında olan zaman müəmmalı şəkildə ölən Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Saleh Qafarovdan gedir. Cəmi 45 gün əvvəl ordudan təxris olunan S.Qafarovun evinin qapısı gecə saatlarında döyülür, naməlum şəxslər onu qapı ağzından sürüyərək aparır və ailəsi ilə son gecəsi beləcə bitir...
Mərhum zabitin anası Qənirə Qafarova Criminal.az-a açıqlamasında ailəsinə faciə gətirən gecədən danışır:
[/center
Saleh Qafarov və anası Qənirə xanım
"Saleh cəmi bir ay yarım idi ordudan təxris olunmuşdu. Sevinirdik ki, 23 ildən sonra müharibələr görən, savaşlarda iştirak edən oğluma nəhayət qovuşmuşam. Bu sevincimiz cəmi 45 gün çəkdi. 2017-ci il mayın 4-ü, gecə saat 12 radələri idi. Həyətdən Salehi çağırdılar. Oğlum bayıra çıxanda özlərini Qəbələ polis və prokurorluğunun əməkdaşları kimi təqdim edən beş nəfər içəri girdi. Xoş gəlmisiniz dedim, çaya stoluna dəvət etdim. Sözüm ağzımda qaldı, elə bu an Salehi ortalarına alaraq sürüdülər. Gəlinimi çağırıdım ki, qoymayın, balamı apardılar. Balamı ayaqyalın sürüyərək maşına mindirdilər. Əsa ilə gəzirəm, arxasınca getdim, həyətdə yıxıldım. Gəlinim Salehin ayaqqabılarını götürərək Qəbələ polisinin qabağına kimi getdi. Orda öyrəndik ki, Salehi Tərtərə, Marquşavan kəndinə apardılar. Salehi elə həmin andan itirdik. Evimizdə axtarış aparıblar. Deyirdilər ki, evdə ratsiya var. Nəvələrimin ad günü disklərini, noutbuku aparıblar. Saleh aparılan günün səhəri bizi prokurorluğa çağırıb sanksiyaya imza atmağımızı bildirdilər. Orda bildik ki, Salehi MAXE-nin ifadəsi əsasında tutublar. Həmin hərbiçiyə də iş kəsib azadlığa buraxıblar”.
[center]
Saleh Qafarov və anası Qənirə xanım
"Saleh cəmi bir ay yarım idi ordudan təxris olunmuşdu. Sevinirdik ki, 23 ildən sonra müharibələr görən, savaşlarda iştirak edən oğluma nəhayət qovuşmuşam. Bu sevincimiz cəmi 45 gün çəkdi. 2017-ci il mayın 4-ü, gecə saat 12 radələri idi. Həyətdən Salehi çağırdılar. Oğlum bayıra çıxanda özlərini Qəbələ polis və prokurorluğunun əməkdaşları kimi təqdim edən beş nəfər içəri girdi. Xoş gəlmisiniz dedim, çaya stoluna dəvət etdim. Sözüm ağzımda qaldı, elə bu an Salehi ortalarına alaraq sürüdülər. Gəlinimi çağırıdım ki, qoymayın, balamı apardılar. Balamı ayaqyalın sürüyərək maşına mindirdilər. Əsa ilə gəzirəm, arxasınca getdim, həyətdə yıxıldım. Gəlinim Salehin ayaqqabılarını götürərək Qəbələ polisinin qabağına kimi getdi. Orda öyrəndik ki, Salehi Tərtərə, Marquşavan kəndinə apardılar. Salehi elə həmin andan itirdik. Evimizdə axtarış aparıblar. Deyirdilər ki, evdə ratsiya var. Nəvələrimin ad günü disklərini, noutbuku aparıblar. Saleh aparılan günün səhəri bizi prokurorluğa çağırıb sanksiyaya imza atmağımızı bildirdilər. Orda bildik ki, Salehi MAXE-nin ifadəsi əsasında tutublar. Həmin hərbiçiyə də iş kəsib azadlığa buraxıblar”.
[center]
Q.Qafarova deyir ki, Saleh aparılandan sonra onu axtarsalar da, nə ölüsünü, nə diriisini tapa biliblər: "Tərtər, Göranboy, Yevlax rayonlarında, Marquşavan, Ağcakənd kəndlərində Salehi axtardıq. Sonra eşitdik ki, onu döyüb Bakıya aparıblar. Heç olmasa, ölüsünü, dirisini görsəydik bu qədər ağrımazdıq. Saleh aparılanda 10 gün sonra, mayın 14-də gördük ki, yaşadığımız Aydınqışlaq kəndinin qəbiristanlığını 300-ə yaxın polis mühasirəyə alıb. Elə bil bandit var. Salehi gətirib basdırdılar. Bacı-ana çırpındıq, yalvardıq ki, balamın üzünü göstərin. Avtomatlılar göstərmədi”.
Salehin dövlət tərəfindən hazırlanan məzarı
" Qəbrini açın, balamı göstərin, əgər qəbirdə deyilsə yerini deyin. O, mənim ana qədri bilən balam idi. O ölümün-dirimin yiyəsi idi. Yalvarıram sizə, balamı tapın. 13 balam vardı. Saleh sonbeşiyim idi. Kasıblıqla böyütmüşdüm, Kolxozda işləməklə. Böyrütkən yığa-yığa, əllərimi tikan yara edərək böyütmüşəm Salehimi. Onu zabitlik oxumağa göndərdim, 5 il təhsil aldı. Akademiyanı bitirib Naxçıvana getdi, 13 il orada xidmət etdi. Sonra Tərtərə gəldi. Gecəm-gündüzüm yoxdur, bala yolu gözləyirəm. 22 il müharibədə oldu, indi də qəbirdə. İki uşağı yetim qalıb”-deyə mərhum zabitin anası fəryad edir.
Polkovnikin yaşadığı ev
Q.Qafarova bildirdi ki, oğlu Salehi dəhşətli işgəncələr verərək öldürüblər: "Ölən hərbiçilərə işgəncə verdiyinə görə tutulan hərbiçilərdən biri, Cavid Ağadadaşov məhkəmədə etiraf edib ki, işgəncə veriblər və bunu general-mayor, korpus komandiri Hikmət Həsənovun əmri ilə həyata keçiriblər.
Cavid deyib ki, Hikmət Həsənov Salehi presləmək göstərişi verib. Aparıb presləyiblər. Sonra Hikmət deyib ki, yaxşı pres etməmisiniz. Aparıb bir də presləyiblər. Sonda isə əl-ayağını, gözlərini bağlayaraq ikinci mərtəbədən aşağı atıblar. Sağ budu sınıb, qabırğası sınıb ağ ciyərinə batıb. Guya bundan ölüb. Amma Salehin meyidinin şəkillərini onun həyat yoldaşı görüb. Bütün dırnaqları çəkilmiş vəziyətdə olub. Budları deşik-deşik olub. Sanki armaturla oyublar. Kürək nahiyəsi tok verməkdən partlayıb tökülmüşdü. Dırnaqlarını çəkib həmin yerdən tok verirlərmiş. Tək sifəti salamat olub. Heç Xocalı faciəsində ölənlərimiz belə işgəncə görməyib”.
İstintaq materialı
İstintaq materiallarından da ananın dediyi işgəncə faktları təsdiqini tapıb. İstintaq materiallarından sitat: "Hərbi hissənin qərərgah binasının ikinci mərtəbəsindəki otaqlardan birinə salıb orada soyundurulmuş, Fuad Ağayevin verdiyi yapışqanlı lentlə üzərinə əski parçası qoyub Saleh Qafarovun gözlərini , habelə çəkmə ipi ilə əllərini bağladıqdan sonra plastik boru parçası ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmaqla və ağzına su töküb boğmaqla düşmənin xüsusi xidmət orqanı əməkdaşları ilə əməkdaşlıq etdiyini etiraf etməsini tələb ediblər”.
Ölüm haqqında şəhadətnamə
Sənəddə yazılıb ki, F.Ağayevin fiziki və psixi zorakılıq etməklə sorğu-sual edilməsi nəticəsində Saleh Qafarov "döz qəfəsinin sol yarısının 11-ci qabırğasının sınığı, bədənin çoxsaylı qançırları, əzilmiş-sıyrılmış və 1-2-ci dərəcəli yanıq xəsarətləri (sağ bazu-çiyin oynağının ön səthi, sağ qoltuq çuxurunun ön səthi, hər iki mil-bilək oynağının arxa səthi, hər iki ayaq pəncələrinin arxa səthi, hər iki baldırın yuxarı və orta 1/3-nin arxa səthləri və sol budun bayır səthi), arxa keçəcək dəliyi ətrafında və dəliyin düz bağırsağın selikli qişasına keçən hissədə qançır, sol əlin 2 və 3-cü barmaqlarının, sağ ayağın 2-ci barmağının dırnaq lövhələrinin düşməsi xəsarətləri alıb.
"... işgəncələr S.Qafarovu ölüm həddinə çatdırdığından o, 2017-ci il mayın 6-da günorta saatlarında saxlanıldığı otaqda tək qalmasından istifadə edərək pəncərədən özünü ikinci mərtəbədən atıb”-sənəddə qeyd olunub.
Q.Qafarova deyir ki, istintaq altında öldürülən oğlu S.Qafarovu vətənə xəyanətdə günahlandırıdılar, öldürdülər, amma cinayət sübut olunmadı. Ölümündən sonra onun günahsız olduğu sübut olundu və bəraət aldı. Hələ gətirib Salehə Aydınqışlaq kəndində ən uca və bahalı məzar da götürdülər.
"Dedilər dövlət tərəfindən qoyulub. Yoxsa bizim imkanımız yox idi. 5 min manata baş daşı götürə bilərdik? Salehin bir neçə banka krediti var idi. Pulu olsaydı neçə il idi damı uçub-sökülən ata evində yaşamazdı”- ana vurğuladı.
Bəraət qərarı
Bəraət hökmündən sitat: "İstintaqı aparılmış cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu, ehtiyatda olan polkovnik-leytenant Qafarov Saleh Şərif oğlunun Cinayət Məcəlləsinin 274-cü və digər maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən 4 may 2018-cü il tarixində mərhum S.Qafarovun barəsində cinayət təqibinə bəraətverici əsasla xitam verilmişdir”.
Hərbiçilərə işgəncə verən xüsusi təyinatlılar
Artıq məhkəmə hökmü ilə S.Qafarov və başqa hərbiçilərə işgəncə verdiyinə görə tutulan Fuad Ağayev, Qurban Cümşüdov, Sənan Maşıyev, Ruslan Mikayılov, Cavid Ağadadaşov, Polad Əzizov müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Lakin icraçıların cəzalanması Azərbaycan zabitinə qarşı həyata keçirilmiş dəhşətli cinayət əməlin tam araşdırlması sayıla bilərmi?
Saleh Qafarovun xidmət zamanı təltifləri