Havada GƏRGİN ANLAR - Rusiya və ABŞ təyyarələri dənizdə...

Baltik dənizi sularının Rusiyaya aid hava məkanı yaxınlığında ABŞ və İsveçə aid iki hərbi-kəşfiyyat təyyarəsi uçuş edib.


Publika.az xəbər verir ki, Rusiyanın hərbi rəhbərliyi onların sərhədi pozmasının qarşısını almaq məqsədi ilə “Su-27” təyyarəsini təcili havaya qaldırıb.
Sərhədi pozanlar ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” və İsveç Hərbi Hava Qüvvələrinə aid kəşfiyyatçı təyyarələri olub.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya təyyarəsi beynəlxalq normalara uyğun uçuş edib.