Məmmədyarovdan ard-arda beşinci məğlubiyyət

Norveçin Stavanqer şəhərində keçirilən “Norway Chess” turnirində Azərbaycanın yeganə təmsilçisi olan Şəhriyar Məmmədyarov yeddinci turda da məğlubiyyətlə üzləşib.

Turnirin rəsmi saytında yer alan məlumata görə, Ş.Məmmədyarov bu turda çinli rəqibi Din Lijenə 0:2 hesabı ilə uduzub.

Bununla şahmatçımız ard-arda beş turda məğlubiyyətə imza atıb.

Yeddi turdan sonra Məmmədyarov 4,5 xalla doqquzuncu yerdə qərarlaşıb. Siyahıya 11 xalla norvçeli Maqnus Karlsen başçılıq edir.

Ş.Məmmədyarov səkkizinci turda uelsli So ilə qarşılaşacaq.