r

Lənkəranda 3 uşaq anası itkin düşüb

Lənkəran rayonunda 3 uşaq anası itkin düşüb.


AzBaku.org"Report"a istinadən xəbər verir ki, rayonun Şilim kənd sakini, 1990-cı il təvəllüdlü Aygül Lamid qızı Əliyeva iyunun 10-da, günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, qadının ailəsində hər hansı problem olmayıb.

Şəkildəki qadını görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya 050-447-76-13 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, A.Əliyeva ailəlidir və 3 uşaq anasıdır.