Rusiya Azərbaycanlıları İttifaqı Moskvada növbədənkənar iclasını keçirib-FOTO

Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının iyunun 16 da Moskvadakı Aerostar otelində növbədənkənar iclası keçirilib.

RAİ-dən Avrasiya.net-ə verilən məlumata görə tədbir Rusiyadakı Azərbaycan diaspor cəmiyyəti sədrləri və fəallarının iştirakı ilə təşkil edilib. Növbədənkənar iclasın gündəmində müzakirə olunan əsas məsələ Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının regionlardakı nümayəndəlikləri mövzusu olub. Tədbir iştirakçıları Rusiya Azərbaycanlıları İttifaqının loqosu, nizamnaməsi, 2019 cu ilin tədbirlər proqramı ətrafında da geniş fikir mübadiləsi aparıb.

Tədbir iştirakçılarını salamlayan Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov qeyd edib ki, Rusiya Azərbaycanlıları İttifaqı vahid mərkəzdən koordinasiya edilən diaspor qurumu yaratmaq yolunda tarixi şansdır. Onun fikrincə bu zərurətə səbəb diaspor təşkilatlarının pərakəndə fəaliyyətinin fəsadları və bu böhranın həlli yolunda son illər onun müshahidə etdiyi uğursuz cəhdlərdir. 1988 ci ildən diaspor hərəkatında olduğunu söyləyən Fizuli Məmmədov, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyət göstərdiyi müddətdə prezidenti olduğu Dünya Azərbaycanlıları İttifaqının Rusiya hüdudlarından kənarda daha fəal olduğunu xatırladıb. «Rusiya daxilində diasporumuzla Konqres sıx təmasda olduğundan bizim fəaliyyət arealımız digər dövlətləri əhatə edirdi. ÜAK 3 ildir ki, yoxdur. Bu 3 il ərzində nə guclu diasporu qura biləcək ideya, nə çoxsaylı diasporumuzun tanıdığı və rəğbətini qazanmış olduğu federal miqyaslı rəhbər, nə də səriştəli apparatın olduğunu görmədim», deyən Fizuli Məmədov, əlavə edib ki, bu böhrana o laqeyd ola bilməzdi. "Rusiya Azərbaycanlıları İttifaqı təşəbbüsü də bu zərurətdən irəli sürülüb", deyərək, o fikrini tamalayıb.

Növbəti çıxışlar zamanı regional təşkilatların sədrləri və fəalları Rusiya Azərbaycanlıları İttifaqını dəstəklədiklərini bildiriblər. “Smolniy Universiteti” elmi-təhsil konsorsiumunun prezidenti, professor Heydər İmanov dolğun məzmunlu çıxışı zamanı yeni yaranmış təşkilatın fəaliyyətində yaxından iştirak edəcəyini, öz təcrübəsini vətənpərvər soydaşları ilə bölüşəcəyini bildirib.
Rusiya Azərbaycanlıları İttifaqı Moskvada növbədənkənar iclasını keçirib-FOTO

Sankt Peterburqdakı “Azərbaycan diasporu” təşkilatının sədri Sabir Məsimov öz növbəsində Şimal Qərb Federal Dairəsində Rusiya Azərbaycanlıları İttifaqının möhkəmlənməsi istiqamətində iş aparacağını qeyd edib.

Rusiya Azərbaycanlıları İttifaqın İdarə Heyətinin üzvü, tanınmış diaspor fəalı Tofiq Rzayev Kalininqrad vilayətində vitse-admiral Həmin Qasımbəyovun xatirəsinin əbədiləşdirilməsi yolunda şəxsən Fizuli Məmmədova maddi yardımına görə Baltiysk şəhərinin meri və ictimaiyyətinin minnətdarlığını bildirib. O layihənin uğurla davam edən icrası haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Yaroslavl Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Asman Hüseynov, Velikiy Novqorod şəhərindəki “Bakılı” Azərbaycan mədəniyyət mərkəzinin sədri Elşad Qurbanov, Xabarovsk şəhərindəki “Azərbaycanlıların dostluğu” cəmiyyətinin sədr müavini Əhəd Əhədov, Voronej vilayətindəki “Xəzər” cəmiyyətinin idarə heyətinin sədri Eldar Sadıqov, Tatarstan Respublikasındakı “Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının” prezidenti Sərraf Kərimov, Kirov vilayətindəki “Azərbaycan” xeyriyyə fondunun prezidenti Elunur Hüseynov, Moskvanın Oçakov-Matveev rayonu uzrə milli mədəni müxtariyyət sədrinin müavini Rahib Bayramov, Rusiya Azərbaycanlıları İttifaqının İdarə heyətinin üzvü Mais Cəfərov və digər iştirakçılar geniş məzmunlu çıxışları ilə yadda qalıb.

Aşağıdakı siyahıda adı qeyd edilmiş soydaşlarımız açıq səsvermə yolu ilə Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının vitse-prezidentləri və Rusiya regionları üzrə rəhbəri vəzifələrini icra edən şəxslər kimi seçilib.

1. Mais Cəfərov – vitse-prezident
2. Elunur Hüseynov – vitse-prezident

1. Asman Hüseynov – Yaroslavl şəhəri üzrə nümayəndəlik rəhbəri
2. Eldar Sadıqov – Voronej şəhəri üzrə nüayəndəlik rəhbəri
3. Elşad Qurbanov – Velikiy Novqorod şəhəri üzrə nümayəndəlik rəhbəri
4. Elşən Əliyev – Ryazan şəhəri üzrə nümayəndəlik rəhbəri
5. Rakif Əzizov – Dağıstan Respublikası üzrə nümayəndəlik rəhbəri
6. Xanoğlan Əliyev – Moskva vilayəti, Ximki şəhəri üzrə nümayəndəlik rəhbəri
7. Sabir Məsimov – Leninqrad vilayəti üzrə nümayəndəlik rəhbəri
8. Sərraf Kərimov – Tatarstan Respublikası üzrə nümayəndəlik rəhbəri
9. Tofiq Rzayev – Kalininqrad vilayəti üzrə nümayəndəlik rəhbəri
10. Əli Kazımov – Moskva şəhəri, Oçakovo – Matveevsk rayonu üzrə nümayəndəlik rəhbəri

Qeyd edək ki, yuxarıda adı çəkilmiş şəxslərin vəzifə səlahiyyəti Rusiya Azərbaycanlıları İttifaqının növbəti qurultayına qədər qüvvədədir və qurultay zamanı səsvermə yolu ilə uzadıla bilər.
Rusiya Azərbaycanlıları İttifaqı Moskvada növbədənkənar iclasını keçirib-FOTO
Rusiya Azərbaycanlıları İttifaqı Moskvada növbədənkənar iclasını keçirib-FOTO
Rusiya Azərbaycanlıları İttifaqı Moskvada növbədənkənar iclasını keçirib-FOTO