Bakıda 5-ci mərtəbədən yıxılan uşaq ölüb.
1 saylı Kliniki Tibbi Mərkəzdən APA-ya verilən xəbərə görə, Yejov German Andreyeviç 1 yaş 9 aylıq olub.
Çox ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşağı xilas etmək mümkün olmayıb.
***
13.15
Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Dilarə Əliyeva 243 ünvanında fasadı və balkonları təmir olunan binanın 5-ci mərtəbəsində yaşayan azyaşlı eyvandan düşüb.
Uşaq xəstəxanaya aparılıb.