Yanğın sönürüldü – Eldar Əzizovdan açıqlama

Bakının Nizami rayonu ərazisində yerləşən "X-Lady" mağazasında baş verən yanğın söndürülüb.


Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.

Eldar Əzizov mətbuata açıqlamasında bildirib ki, yanğının baş vermə səbəbləri araşdırılacaq: "Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün bu istiqamətdə lazımi işlər görülür. Yanğının baş vermə səbəbləri obyektiv qaydada araşdırılacaq". (Musavat.com)

AzBaku.org xəbər verir ki, hazırda yanğın tamam söndürülüb. Hadisə əsasən "İzabel" Ayaqqabı Mağazasının və "X - Lady" mağazasının sonuncu mərtəbəsində baş verib. Yeni Sabah


Yanğın sönürüldü – Eldar Əzizovdan açıqlama
Yanğın sönürüldü – Eldar Əzizovdan açıqlama