“Megafun”da dəhşətli partlayışın görüntüləri yayıldı - VİDEO

Xətai rayonunda yerləşən “Megafun” əyləncə mərkəzində dünən baş vermiş partlayışın görüntüsü yayılıb.

Görüntülərdən məlum olur ki, partlayışa janqlyorun əlindəki alovu şarlara yaxınlaşdırması səbəb olub.
Qeyd edək ki, insident zamanı 8 nəfər xəsarət alıb. Onlardan 3-ü azyaşlıdır. Yanğın hadisəsi baş verməyib.