Bakının Nizami rayonunda qadın sürücü qəza törədib.
Oxu.Az xəbər verir ki, hadisə “Bakı Metropoliteni”nin “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.
Qəza zamanı xanım sürücü idarə etdiyi “Peugeot” markalı avtomobilini eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı maşına çırpıb.
Xəsarət alanlarla bağlı məlumat yoxdur. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, iyunun 22-də Zərifə Əliyeva küçəsində, Muzey Mərkəzinin arxasında qadın sürücünün avtomobili ağaca çırpması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.