“Kiçik oğrular asılar, böyük oğrular sərbəst buraxılar.”
Nədənsə redaksiyamıza şikayətlə müraciət edən Rübabə Vəliyevanı dinlədikdən sonra məhz bu alman atalar sözləri yadımıza düşdü.
Paradoks ölkədə yaşayırıq- marketdə adi şakolad qutusu oğurlayan şəxs dərhal həbs olunur, mühakimə edilir.
Rübabə xanımın isə nə az, nə çox, düz 500 min manatlıq əmlakı oğurlanıb. Ancaq oğrunu nə axtaran,nə mühakimə edən var.
Reportyor.info bu ilginc olayın xranologiyasın təqdim edir.
Şikayətçi Vəliyeva Rübabə Hüseyn qızı deyir ki, oğlu Kənan Vəliyevlə bərabər təxminən 2000-ci ildən Nizami rayonu ərazisində fəaliyyət göstərən “Lotos” Ticarət Mərkəzində , 104 nömrəli mağazanı ayda 1500 manata icarəyə götürüb işlədirmiş.
Həmin maqazada gəlinlik paltarlarının,onlara aid aksesuarların və “Svarovski” daş-qaşlarının satışı ilə məşğul olub.
Oğurluq hadisəsi baş verənə qədər dükanda təxminən bir milyonluq əmlak olub.
O mağazanın aylıq icarə haqqını hər ayın əvvəllərində ödəyirmiş. İyun ayında oğlu Kənanın xəstə olması ilə əlaqədar həmin ayın icarə haqqını vaxtında ödəyə bilməyib. 27 iyun 2015-ci ildə Ticarət Mərkəzinin müdir müavini Bəhruz Həsənov onun yanına çağırıb aylıq icarə haqqını nə üçün ödəmədiyini ondan soruşanda o deyib ki, oğlu Kənan xəstədir,mağazanı tam gücü ilə işlədə bilmir,ona möhlət verilsin.
Həsənov onunla razılaşmayaraq mağazadan 40 ədəd gəlinlik paltarı götürübayrı mağazaya yığıb. Deyib ki, icarə haqqını ödəyən kimi qaytaracayıq.
Bəhruzun bu hərəkətindən sonra o, bir ay ərzində mağazanı açmayıb. 25 iyul, 2015-ci il tarixdə Bəhruz yenidən onu öz otağına çağırır, deyir ki, icarəni vermirsənsə mağazanı boşalt.
Rübabə xanım Bəhruza deyir ki, neçə illərdir sizinlə işləyirəm, arada heç bir problem olmayıb. Bilirsiniz ki, Kənan xəstədir, İranda müalicə alır.Ona əşyalarının mağazaya gətirilməsini və alverini davam etdirməsi üçün imkan yaradılmasını xahiş edir.
Söz verir ki, icarə haqqını tez bir zananda ödəyəcək. Həsənov razılaşır. Mallar yenidən 104 nömrəli mağazaya qaytarılır.
Ancaq Rübabə Vəliyeva mağazanı tam gücü ilə işlədə bilmir. Həmin ərəfədə kişik oğlu Elçin də xəstələnir. Başı müalicəyə qarışır.
Vəliyeva 09 sentyabr, 2015-ci ildə Bəhruz Həsənovun yanına gedir. Deyir ki, bütün pulları uşaqlarının müalicəsinə xərcləyib. Əlində min manat olduğunu deyir, qalan icarə pulunu 20-25 sentyabra ödəyəcəyini deyir.
Ancaq müdiriyyət onunla razılaşmır. Əmlakı içəridə olduğu halda mağazaya möhür vurub bağlayırlar.
Rübəabə Vəliyeva sentyabrın 16-da daha əlavə min manatla Ticarət Mərkəzinbə gəlir ki, pulu Həsənova versin, dükanı açıb işlətsin.
Ancaq gəlib görür ki, mağaza boşalıb, içəridə qadınlar təmizlik işi aparır.
Tezliklə Həsənov özü gəlir və ona deyir ki, malı ,əmalakı burda yoxdur, Ticarət Mərkəzini tərk etsin.
Bundan sonra Rübabə Vəliyeva 102 xidmətinə zəng vurub və oğurluq faktı haqda məlumat verib.
Rübabə Vəliyeva ilk vaxtlar Nizami Polis İdarəsini o vaxtkı rəisi Nofəl Məhərrəmovun yanında olur.
Onun kobinetində Rübabə Vəliyeva və Ticarət Mərkəzinin direktoru Araz Rəhimov üzləşdirilir. Rəhimov söz verir ki, bütün mallar qaytarılacaq.
Araz Rəhimov
Rübabə Vəliyeva olmaqla təhqiqatçılar “Diqlas” Ticarət Mərkəzinə gəlirlər. Məlum olur ki, “Lotos” dakı gəlinliklər “Diqlas” Ticarət Mərkəzində 3 ayrı-ayrı dükana satılıb.
Bundan sonra R. Vəliyevaya məxsus 309 adda əşya ayrı bir mağazaya yığılır.
Lakin şikayətçi deyir ki, bu onun ümumi əmlakının heç on faizi deyil.
300 ton parça, 250 min manatlıq “svarovski” daşları yoxa çıxıb.
Araz Rəhimov ona deyir ki, daş-qaşın adın çəkməsin, yerdə qalan malları götürsün, dükanı açsın. Ancaq o kəməklik olar ki, 4-5 ay icarə haqqı almarıq.
Vəliyeva deyir ki, onun 15 illik əziyyəti və qazancı nə olsun, kimlərsə oğurluq edəcək və cəzasız qalacaq?
Rəhimov deyir ki, biz işimizi aşağısı “qorotdeldə”, yuxarısı prezident aparatında həll edəcəyik.
Şikayət ilkin olaraq Nizami RPİ-NİN 24-cü PB-də araşdırılır. Sonra BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şəbəsində davam etdirilir.
04 dekabr 2015-ci ildə Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsində araşdırılır.
04 fevral , 2016-cı ildə əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilir.
Deyrilər ki, mülki məsələdir,məhkəməyə müraciət edin.
Rübabə Vəlivanın Baş prokurorluğa şikayətlərindən sonra 22 fevral, 2017-ci ildə Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Mehman Qocayev qərarı ləğv edir.
İş üzrə materialların yenidən araşdırılması üçün Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilir.
Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində material üzrə araşdırma zamanı mübahisənin guya “mülki” olması müəyyən edilir və CPM-in 39.1.2 maddəsinə əsasən 03 aprel, 2017-ci ildə cinayət işinin başlanması rədd edilir.
Material Bakı Şəhər Prokurirluğunda öyrənilərkən cinayət işin başlanmasının rədd edilməsi əsassız sayılır.
Əlavə araşdırma üçün 17 may, 2017-ci ildə iş Nizami Rayon Prokurorluğu vasitəsilə Nizami RPİ-yə göndərilir.
25 yanvar, 2018-ci ildə materialı araşdıran baş müstəntiq Cəmşid Sadıqov cinayət işini başlanmasını rədd edir.
Bax belə, sanki futbol oyunu, polis araşdırır rədd edir cinayət işinin başlanmasını, prokurorluq isə bunu əsasız sayaraq işi yenidən araşdırmaya göndərir.
Yəni polis hər vəhclə işin mülki məsələ olmasını vurğulayaraq cinayət işinin başlanmasını rədd edir.
Araz Rəhimovun dedikləri məgər həqiqətmi? Deyəsən hə.
Axı işin istintaqında Bəhruz Həsənov ifadə verir ki, 18 santyabr , 2015-ci ildə icarəçi Rübabə Vəliyevanın 3240 manat borcu olduğu üçün 104 saylı mağazan 17 adda mal çıxarıblar. Akt tərtib edilib. 5 nəfər də imzalayıb.
Yəni mağaza boşalıb . Tər-təmiz. Cəmi 17 adda mal olub.
Sonra ifadə verir ki, 10 aprel, 2016-cı ildə 9 nəfərin iştirakı ilə 104 saylı mağazadan 309 adda mal siyahıya alınaraq götürülüb və bu günə kimi başqa bir mağazada saxlanılır.
Bu necə olur –mağaza gah dolu olur, gah boş. “Diqlas”da oğurluq mal alan ticarətçilərin ifadələri bəs necə oldu.
Ticarət Mərkəzinə kim haqq verib ki, özbaşına akt tərtib etsin, mağaza boşaltsın, borca mal çıxsın. Bəs məhkəmə nə üçündür?
Ortada vətəndaşın, sahibkarın 500 minlik malı yoxa çıxıb və kimsə məsiuliyyət daşımır.
Prezidentin sahibkarlığın inkişafına dəstək verilməsi beləmi icra olunur.
Araz Rəhimov kimdir və kim tərəfindən dəstəklənir. Bu və diğər suallara yenidən qayıdacağıq.
Rübabə Vəliyeva prezident İlham Əliyevdən, vitse-prezident Mehriban Əliyevadan, həmçinin yeni təyin olunmuş Daxili İşlər Naziri Vilayət Eyvazovdan ona kömək göstərilməsini xahiş edir.