Bakıda məktəblilərin öldüyü dəhşətli hadisə ilə bağlı YENİ FAKTLAR: demə, müəllimi... - FOTO

2 gün əvvəl Bakı şəhər Səbail raonu ərazisində - Şıx qəsəbəsindəki qeyri-çimərlik sahədə 14 yaşlı iki yeniyetmənin suda boğularaq ölməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.


Publika.az xəbər verir ki, Salyan yolu 32 ünvanında yerləşən sahədə boğularaq ölən 14 yaşlı Yəhya Əliyev və Turab Nəsirov idmanla məşğul olurmuş. Belə ki, yeniyetmələr idman müəllimindən məşqdən sonra çimərliyə getmələrini xahiş edib. Müəllim uşaqlara onları dənizə aparmağa söz verib və Şıx çimərliyinə aparıb. Burada uşaqlardan ikisi yaxşı üzə bilmədiyindən dalğanın təsirinə məruz qalıb və boğularaq vəfat ediblər.

Bildirilir ki, faciəvi hadisədə vəfat edən 14 yaşlı Turabın ailəsi Kəlbəcər rayonundan məcburi köçkündür. Babasının adını daşıyan yeniyetmə evin tək oğlan övladı olub.

Turab Nəsirovun fotosunu təqdim edirik.
Bakıda məktəblilərin öldüyü dəhşətli hadisə ilə bağlı YENİ FAKTLAR: demə, müəllimi... - FOTO