“Bu gün regionda ən güclü ordu Azərbaycan ordusudur”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Fuad Məmmədov bildirib. Rusiya paytaxtında keçirilən Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyinə həsr olunan tədbirdə iştriak edən nazir müavini ordumuzun ən müasir silahlara və texnikalara malik olduğunu söyləyib: “Bizim ordumuz həm də yüksək peşəkar kadrlara malikdir. Bu hərbi kadrlar təkcə Azərbaycanda deyil, Rusiyada və digər inkişaf etmiş ölkələrdə təhsil alırlar”.
Azərbaycanın Rusiyada keçirilən “ARMY-2019” V Beynəlxalq Hərbi Texnika Forumunda iştirakı barədə danışan nazir müavini bildirib ki, Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi hər il aktiv şəkildə bu forumda iştirak edir. Rusiya silahları ilə Azərbaycan ordusu sadəcə tanış deyil, həm də ordumuz bu silahlara sahibdir”.
Qeyd edək ki, Moskva vilayətinin “Patriot-Ekspo” Sərgi Kompleksində keçirilən “ARMY-2019” V Beynəlxalq Hərbi Texnika Forumu keçirilir.
Forumda iştirak edən nümayəndə heyətinə Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və müdafiə nazirinin müavini general-leytnant Fuad Məmmədov rəhbərlik edir.