SDU-da Məzun günü təntənə ilə qeyd edildi

İyunun 27-də Sumqayıt Dövlət Universitetində “Məzun günü” təntənə ilə qeyd edildi. Tədbirdə universitetin professor -müəllim, tələbə heyəti ilə yanaşı, valideynlər, beynəlxalq ekspert Sevda Məmmədova, Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Cəfərova iştirak etdilər.

AzBaku.org xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq məzunları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Rektor ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətindən, təhsil sistemindən, uğurlardan və beynəlxalq əlaqələrdən, respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, yarım əsrdən çox tarixi inkişaf yolu keçən Sumqayıt Dövlət Universiteti, güclü maddi-texniki bazaya malik olmuş, ötən illər ərzində yüksəkixtisaslı mütəxəssislər yetişdirmiş və hazırda beynəlxalq əlaqələrini gündən-günə genişləndirməkdədir. Sumqayıt Dövlət Universiteti milli düşüncəli, Azərbaycançılıq məfkurəsinə sədaqətli gənclərin təlim-tərbiyəsində ən qabaqcıl metod və vasitələrdən istifadə edərək, yüksək təhsilli peşəkar kadrların hazırlanmasında uzaq miqyaslı strateji məqsədləri əsas götürərək respublikamızın ali təhsil müəssisələri arasında öncül yerlərdən birini tutur.Ölkəmizin kadr potensialının, elmi-mədəni elitasının formalaşmasında xidməti olan Sumqayıt Dövlət Universiteti bu gün də kadr potensialının inkişafı üçün layihələr gerçəkləşdirir, mühüm uğurlara imza atır. Sevindirici amildir ki, məzunlarımız dövlət qulluğu, təhsil və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Çünki qazanılan bütün nailiyyətlər məhz Ulu Öndər Heydər Əliyev ideyalarından güc alır. Əldə edilmiş uğurlar təsdiqləyir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursu Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Cənab İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamda qeyd etdiyi kimi Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır.
Həyat yollarında məzunlara yüksək nailiyyətlər arzulayan rektor gənclərə doğma təhsil ocağının adını, şərəfini daim uca tutmağı, müstəqil Azərbaycanın dinamik inkişafına layiqli töhfələr verməyi tövsiyə etdi.
Sonra tələbələrin ifasında universitetin marşı səsləndi.
SDU-nun Ağsaqqallar şurasının sədri, Prezident təqaüdçüsü, professor Həsən Sadıqov, şair-dramaturq Əvəz Mahmud Lələdağ , valideynlər adından Rövşən Cəfərov, Akif İdrisov çıxış edərək məzunları təbrik etdi, onlara dövlətimiz üçün layiqli, savadlı vətəndaşlar olmalarını və Azərbaycanın gələcəyi naminə çalışmalarını arzu etdilər.
Kimya və biologiya fakültəsinin məzunu Günel Rəhimova çıxış edərək, tələbə yoldaşlarını bu əlamətdar gün münasibətilə təbrik etdi, universitetdə yaradılan şəraitə görə minnətdarlğını bildirdi, müəllimlərini və doğma universiteti unutmayacağını söylədi.
Tədbirdə SDU-nu fərqlənmə diplomu ilə bitirən bakalavr və magistrantlara diplomlar, elm və təhsildə, universitetin ictimai və mədəni həyatında fərqlənən məzunlara rektorluq tərəfindən fəxri fərman, mükafat və hədiyyələr təqdim olundu. Həmçinin Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 11 Yanvar 2019-cu il tarixli əmrinə əsasən Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilmişdir.Bu sərancama uyğun olaraq rektor professor Elxan Hüseynovun R-13\1 saylı, 18.02.2019-cu il tarixli əmrlə təsdiq olunmuş şair İmadəddin Nəsiminin 650 illik yubileyinin Sumqayıt Dövlət Universitetində keçirilməsi məqsədilə tədbirlər planı işlənmişdir. Bu tədbirlərdən biri də universitetimizdə təşkil edilən “Nəsiminin söz dünyası” adlı fakültələrarası elmi-yaradıcılıq müsabiqəsidir. Müsabiqənin əsasnaməsinə uyğun olaraq qalib seçilmiş tələbə və magistrantlar fəxri fərman və pul mükafatları ilə, bir qrup məzun isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəxri fərmanları ilə təltif olundular.
Sonra ənənəvi “papaqatma” mərasimi keçirildi.
Tədbir konsert proqramı ilə davam etdi. Universitetin özfəaliyyət kollektivi ilə yanaşı, respublikamızın tanınmış incəsənət xadimləri və digər gənc sənətçilər ifaları ilə məzunları təbrik etdilər.
SDU-da Məzun günü təntənə ilə qeyd edildi
SDU-da Məzun günü təntənə ilə qeyd edildi
SDU-da Məzun günü təntənə ilə qeyd edildi
SDU-da Məzun günü təntənə ilə qeyd edildi
SDU-da Məzun günü təntənə ilə qeyd edildi
SDU-da Məzun günü təntənə ilə qeyd edildi
SDU-da Məzun günü təntənə ilə qeyd edildi
SDU-da Məzun günü təntənə ilə qeyd edildi
SDU-da Məzun günü təntənə ilə qeyd edildi
SDU-da Məzun günü təntənə ilə qeyd edildi
SDU-da Məzun günü təntənə ilə qeyd edildi