Baş həkimin evinə hücum olunub, oğlu döyülüb - VİDEO

Baş həkimin evinə hücum olunub, oğlu döyülüb. Hadisə Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verib.


Hadisəyə ilkin səbəb kimi baş həkimin 3 gün əvvəl baş vermiş avtoqəza nəticəsində ağır yaralanmış iki nəfərin paytaxt xəstəxanalarından birinə çatdırılması üçün təcili tibbi yardım maşını verməməsi göstərilir... Elə bu səbəbdən də yaralıların qohumları rayon mərkəzi xəstəxanasının baş həkimi Natiq Şükürovun yaşadığı evə hücum ediblər.

Avtoqəzada xəsarət almış şəxslərin dayısı Elçin Əliyev iddia edir ki, vəziyyətləri ağır olan gənclərlə heç bir tibbi xidmət göstərilməyib. Onlar yaralılardan ikisinin Bakı şəhərində yerləşən xəstəxanalarının birinə yerləşdirmək üçün təcili tibbi yardım avtomobili istəsələr də, xəstəxanadan verilməyib.

Baş həkim Natiq Şükürov isə bildirir ki, o, məzuniyyətdə olmağına baxmayaraq, yenə də lazımi tapşırıqlarını verib.