Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.
Oxu.Az-ın məlumatına görə, quraşdırılan konteynerlər iki rəngdə - yaşıl və narıncı rəngdə olacaq.
Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə iki cür - yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq.
BŞİH bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkili ilə bağlı Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti ilə müqavilə bağlayıb.