Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.
Oxu.Az-ın məlumatına görə, E.Cəfərov tutduğu vəzifədən öz istəyi ilə, ərizəsi əsasında ayrılıb.
Onun işdən ayrılmasına səbəb kimi yeni işə keçməsi göstərilir.
ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumatı Oxu.Az-a təsdiqləyib.