Sabunçuda qadın-sürücü qəzada xəsarət aldı - VİDEO

Faktla bağlı araşdırma aparılır


Sabunçu rayonunda 2 avtomobil toqquşub, 1 nəfər yaralanıb. AzBaku.org Oxu.az-a istinadən xəbər verir ki, rayonun Elşən Mehdiyev küçəsində baş verən qəzada Nəcibə İsmayılovanın idarə etdiyi “Ford Focus” və Türkiyə vətəndaşı Burak Taşkının idarə etdiyi “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, Nəcibə İsmayılova yolu keçmək istəyən piyadaya yol vermək üçün avtomobili saxlayan zaman arxadan gələn “Mitsubishi” ona çırpılıb. Hadisə zamanı “Ford”-un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.