Nərimanov rayonunda 2 avtomobil toqquşub, 2 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, hadisə metronun “Gənclik” stansiyasının yaxınlığında baş verib.
F.Xoyski küçəsilə hərəkətdə olan 27 yaşlı Rəhimov Kənan Zöhrab oğlu idarə etdiyi “Peugeot” markalı minik avtomobili ilə yol-hərəkəti qaydasını pozaraq əks yola aparan körpüyə çıxıb. Nəticədə “Niva” ilə toqquşub.
Qəza zamanı K.Rəhimov və “Niva”nın adı hələlik məlum olmayan sürücüsü ağır yaralanıb.
Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. “Niva”nın sürücüsünün vəziyyəti ağır olduğundan o, təcili olaraq reanimasiyaya yerləşdirilib.
Əraziyə Nərimanov Rayon Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
YPX əməkdaşları başqa hadisənin baş verməməsi üçün tədbir görüb.
Faktla bağlı araşdırma aparılır.