Şəhriyar Məmmədyarov Riqada superturnirin finalına çıxıb - VİDEO

Riqada FIDE-nin və “World Chess”in birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının ikinci mərhələsinin yarımfinal oyunları keçirilib.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalda amerikalı Uesli Sonu məğlub edib və finala vəsiqə qazanıb.

Qeyd edək ki, şahmatçımız 1/8 finalda rusiyalı Daniel Dubova, 1/4 finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.