Tovuzda məktəb müəllimini arı sancaraq öldürüb

Tovuzda arı sancması nəticəsində orta məktəb müəllimi ölüb.


APA-nın yerli bürosunun xəbərinə görə, Tovuz rayonunun Mahir Ələkbərov adına orta məktəbdə çalışan 1963-cü il təvəllüdlü Rəhimov Ələsgər Əli oğlunu arı sancıb.

O, xəstəxanaya aparılarkən yolda keçinib.