Bu da agentliyin aldığı bir milyonluq çadırlar– Fotolar

Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Qurban Bayramı ilə bağlı müvəqqəti çadır və avadınlıqlar alıb.
Bu məqsədlə 13 iyun 2019-cu il tarixində keçirilən tenderdə qalib olan “Novotrend” MMC şirkətinə 802 min 624 manat ödəniş olunub. Məlumata görə, bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilərək vətəndaşların ixtiyarına veriləcək.

“Yeni Sabah” xəbər verir ki, artıq həmin çadırlar şəhərin müxtəlif yerlərində qurulub. Agentlik bununla bağlı məlumat və həmçinin həmin “bahalı” çadırların fotolarını paylaşıb.

Çadırların görüntüləri əvvəldən bəri olan şübhələri doğruldur. Müəyyən bölgələrdə istifadə olunan, toy və yas çadırlarından fərqlənməyən çadırlara 1 milyon manata yaxın pul verilməsi heç də inandırıcı deyil. Qeyd olunan rəqəmlərdən yola çıxsaq, deməli, 30 çadırtipli kəsim yerinin hər birinə təxminən 27 min manat vəsait “xərclənib”.

Ödənişin bu qədər yüksək olması, əksər iqtisadçıların tenderlerin qeyri-şəffaf keçirilməsi ilə bağlı fikirlərini təsdiqləyir.