Blogerin doğranmış meyitini çamadandan tapdılar

Moskavada blogerin doğranmış meyiti çamadanda aşkarlanıb.


Oxu.Az-ın Ren.TV-yə istinadən verdiyi xəbərə görə, meyiti tapan blogerin kirayə aldığı mənzilin sahibi olub. Qızları ilə əlaqə saxlaya bilməyən valideynləri narahat olub, ev sahibinə zəng vurublar.

İlkin versiyalara görə, qətl qısqanclıq motivi ilə törədilib. Qatil qurbanının boğazını kəsib. Meyit çılpaq imiş.

Mərhum bloger tibb universitetində təhsil alırmış, sosial şəbəkələrdə 8 yüz min abunəçisi olan bloq müəllifi imiş. Əsasən təhsildən və səyahətdən yazırmış.