SON DƏQİQƏ: Dünya dəhşətli təyyarə qəzası ilə sarsıldı - Onlarla ölü və çox sayda yaralı var / VİDEO

Pakistanın Ravalpindi şəhərində hərbi təyyarə qəzaya uğrayıb.


Redaktor.az CNN-ə istinadən xəbər verir ki, laynerin yaşayış evlərinin üzərinə düşməsi nəticəsində azı 18 nəfər həyatını itirib. Ölənlərin əksəriyyəti hadisə zamanı mənzillərdə olan mülki vətəndaşlardır.

Hadisə barədə açıqlama yayan ordunun mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində 5 hərbçi və 2 pilot həlak olub. 20 yaralı var. Qəza zamanı çox sayda tikili sıradan çıxıb.

Ərazidə güclü yanğın baş verib. Dağıntılar altında insanların qaldığı istisna edilmir.